“iPhone 17” “iPhone 16”nın eynisi olacaq - DETALLAR

“iPhone 17” “iPhone 16”nın eynisi olacaq - DETALLAR backend

“iPhone 17”nin əsas modeli “iPhone 16”nın demək olar ki, eynisi olacaq. Çünki yeni model eyni prosessor və eyni həcmdə RAM-a malik olacaq.

Qaziler.az-ın məlumatına görə, bu barədə “MacRumor”s portalı “GF Securities” analitiki Cef Puya istinadən xəbər verir.

“iPhone 17” üçün Apple A18 çipi 3 nanometrlik TSMC N3E proses texnologiyasından istifadə edilməklə istehsal ediləcəyi halda, “iPhone 17 Air” və “iPhone 17 Pro” və “Pro Max” modelləri üçün “A19 Pro” və “A19” çipləri daha müasir 3 nm TSMC N3P proses texnologiyası istehsal olunacaq.

Həmçinin “iPhone 17”nin “iPhone 16”da olduğu kimi 8 GB RAM ilə təchiz ediləcəyi gözlənilir. Eyni zamanda, “iPhone 17 Air” və “Pro” versiyaları 12 GB artırılmış yaddaş tutumu təqdim edəcək.

Bununla belə, “iPhone 17”də yenə də dəyişikliklər olacaq. Yeni məhsul 120 Hz təzələnmə tezliyi olan displey və 24 MP təsvir ölçülü ön kameraya sahib olacaq.

Bundan əlavə, analitik Ross Yanq iddia edir ki, əsas “iPhone 17”nin ekran ölçüsü 6,3 düymədək artacaq. Belə ki, əsas “iPhone 16” isə 6,1 düym diaqonallı ekrana malikdir.

Qeyd edək ki, “iPhone 17” seriyalı smartfonların təqdimatı sentyabrda gözlənilir.

QAZİLER.AZ

Diaspora