Türkiyədə ümumi çəkisi 20 kiloqram olan göbələklər tapıldı

Türkiyədə ümumi çəkisi 20 kiloqram olan  göbələklər tapıldı backend

Mersinin Mut rayonunda bir nəfər ümumi çəkisi 20 kiloqram olan 4 göbələk toplayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Mustafa Aslan həyat yoldaşı ilə birlikdə göbələk yığmaq üçün rayonun 1500 metr hündürlükdə yerləşən Yaşmelek Yaylasına gedib.

Aslan dağlıq ərazidə gəzərkən əvvəllər görmədiyi boyda göbələklər tapıb.

Göbələkləri toplayıb evə gətirən Aslan çəkdiyi məhsulların ümumilikdə 20 kiloqram olduğunu görüb.

Aslan jurnalistlərə açıqlamasında tapdığı göbələklərin çəkisinə görə təəccübləndiyini söyləyərək: "İlk dəfədir ki, belə böyük və bu qədər çox göbələk görürəm. Ümumilikdə 20 kiloqram ağırlığında 4 nəhəng göbələk tapdıq", - dedi.

QAZİLER.AZ

Diaspora