Tanınmış nepallı alpinist Kami Rita Everest zirvəsini 31-ci dəfə fəth edərək dünyanın ən yüksək zirvəsinə uğurlu qalxma sayına görə öz rekordunu yeniləyib.
Qaziler.az xəbər verir ki, bu barədə “Himalayan Times” qəzeti məlumat yayıb.
“Seven Summit Treks” şirkətinin ekspedisiya direktoru Çanq Davanın sözlərinə görə, Everestin fəthi mayın 27-də saat 04:00-da baş tutub.
Son iki ildə Kami Rita mövsümdə iki dəfə Everesti fəth edib və uğurlu qalxmalarının ümumi sayını 30-a çatdırıb.
"Bu mövsüm Kami Rita Hindistan Ordusunun Everest Ekspedisiyası komandasına rəhbərlik edərək Everestə qalxıb", - Çanq Dava deyib.
Kami Rita 2 yanvar 1970-ci ildə anadan olub. O, gənc yaşlarından qayayadırmanma ilə maraqlanıb və artıq otuz ildən çoxdur ki, dağları fəth edir. Alpinistin Everestə ilk yüksəlişi 1994-cü ildə baş tutub.
QAZİLER.AZ