Ruhlarla danışdığını deyən qadın dünyanın sonunun nə vaxt olacağını açıqlayıb

Ruhlarla danışdığını deyən qadın dünyanın sonunun nə vaxt olacağını açıqlayıb backend

12 ildir ruhlarla danışdığını iddia edən ABŞ-dən olan qadın dünyanın sonunun nə vaxt gələcəyini açıqlayıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Metro” xəbər dərc edib.

ABŞ sakini 12 ildir ünsiyyətdə olduğu Sem adlı ruhun Yer kürəsində dünyanın sonunu proqnozlaşdırdığını deyib. Ruhun dediklərinə görə, bəşəriyyət 2025-ci il mayın 27-də baş verəcək nüvə partlayışı və ya kosmik fəlakəti gözləyir.

Qadının hekayəsinə görə, "qeyri-insani zəka" ilə əlaqə 2013-cü il iyulun 5-də əri ilə Uidji lövhəsindən istifadə etdikdən sonra qurulub. O vaxtdan bəri onlar ikili kod və qədim dialektlər də daxil olmaqla müxtəlif dillərdə ünsiyyət qurub, bəzən tərsinə danışan varlıqla müntəzəm söhbət ediblər.

"Mən normalam, ərim də. Biz işə gedirik, işləyirik, satanist deyilik", - deyə qadın vurğulayıb.

Qadının iddiasına görə, insanlarla əlaqə qurmaq üçün bu, ruhun üçüncü cəhdidir. Onun sözlərinə görə, birincisi Xirosimanın bombalandığı gün (6 avqust 1945-ci il) baş verib. İkinci uğurlu cəhd 1962-ci il oktyabrın 27-də Kuba raket böhranının qızğın çağında olub.

QAZİLER.AZ

Diaspora