Rusiyada “Modnoqo Priqovora” verilişinin aparıcısı, stilist Aleksandr Roqov xanımları şəhərdə çimərlik geyimində gəzməyə çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.
"Bu mövsüm dizaynerlər öz qaydalarını diktə edirlər: onlar şəhərdə çimərlik paltarı geyinməyi təklif edirlər! Bir parçalı çimərlik geyimləri bodinizi əvəz edə bilər. Bikininin üstündən pencək, şəffaf kofta və uzun qollu köynək geyinmək olar", - Roqqov yazıb.
Daha əvvəl stilist demişdi ki, bədənə dar oturan pişik kombinzonları artıq gündəlik həyatda geyinilə bilər.
QAZİLER.AZ