Bədənində 100-ə yaxın qaşığı saxlayan iranlı rekorda imza atıb

Bədənində 100-ə yaxın qaşığı saxlayan iranlı  rekorda imza atıb backend

İranlı kişi bədənində 96 metal qaşığı saxlamaqla yeni dünya rekorduna imza atıb.

Qaziler.az bu barədə UPI-a istinadla xəbər verir.

Abolfazl Saber Moxtari 2021-ci ildə 85 qaşığı bədənində saxlayaraq, ilk rekordunu qazanıb. İki il sonra, 2023-cü ildə isə 88 qaşıq tutaraq özünü üstələyib. İndi o, yeni bir mərhələyə çadıb, 96 qaşıqla öz nailiyyətini bir daha yeniləyib.

İranlının sözlərinə görə, bədənində əşya tutmaq qabiliyyəti uşaqlıqda özünü büruzə verib. Zaman keçdikcə o, bu bacarığı ciddi şəkildə inkişaf etdirməyə başlayıb.

"Ancaq uzun illər ərzində qazandığım təcrübə və səydən sonra istedadımı gücləndirə və onu indiki səviyyəyə çatdıra bildim", - iranlı deyib.

Moxtari onu da qeyd edib ki, o, təkcə qaşıqları deyil, digər əşyaları da bədənində saxlaya bilir:

"Hər şeyi, hər hansı bir əşyanı nəzərdə tuturam. "Mən bədənimə səthi olan hər şeyi, məsələn, plastik, şüşə, meyvə, daş, taxta və hətta böyük insanı da yapışdıra bilərəm", - iranlı əminlikdə deyib.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora