Tailandda Nob Nen ləqəbli pişik polis əməkdaşına hücum etdiyi üçün həbs edilib və ona cəza kəsilib.
Qaziler.az xəbər verir ki, bu barədə KP.RU məlumat yayıb.
Pişik polis bölməsinə yerli sakin sayəsində gəlib. Belə ki, sakin heyvanın küçədə baxımsız qaldığını və itdiyini düşünüb.
Nəşrin yazdığına görə, pişik polis zabitlərindən qaça bilmək üçün əməlli-başlı mübarizə apararaq narahatlıq yaradıb. Nəticədə o, həbs edilib. Sahibi tapılana qədər pişiyin pəncələri bağlanıb.
QAZİLER.AZ

