Dünyanın ən maraqlı 4 şəfalı su hövzələri

Dünyanın ən maraqlı 4 şəfalı su hövzələri backend

Turizm təkcə təbiəti seyr etmək, ondan mənəvi həzz almaqla bitmir. Eyni zamanda təbiətin bizə bəxş etdiyi təbii sərvətlərdən də yararlanmaqdır. Yer üzünün dərinliklərindən gələn şəfalı su qaynaqlarının hər biri təbiətin ən böyük möcüzələrindən biri sayılır. Canlı rənglərlə, qaynayan su və s. ANS PRESS təbiətin yer üzündəki möhtəşəm cənnətini sizlərə təqdim edir. Təbiətin şəfalı məkanları ilə tanış olun. 1.Blue Lagoon şəfalı su hövzəsi Son dərəcə xüsusi təbiəti və şəfalı suları ilə sanki buz meydançasını xatırladır. Şəfalı su dünyanın bəlkə də ən gözəlliyinə sahibdir. Minerallar baxımından çox zəngin olan və yüksək miqdarda sulfidlə zəngindir. Bir çox xəstəliklərin dərmanı sayılır.



2. Banjar şəfalı su hövzəsi

Banjari şəfalı suya malikdir. Hətda bu hövzəyə bənzərsiz bir təbiət möcüzəsi də demək olar. Hövzənin yaşı keçmiş əsrlərə qədər gedib çıxır. Banjar şəfalı su hövzəsi nəinki sakinləri üçün hətda bütün dünyada turistlərini özünə cəlb etmişdi. Banjar şəfalı su hövzəsi şəfalı suların yerdən çıxdığı ərazidə tikilmiş hamamlarla insanları özünə cəlb edir. Kükürdlə çox zəngin olan su xüsusilə rematizma xəstəliyi üçün çox faydalıdır.



3. Kosta Rika şəfalı su hövzəsi
7 fərqli şəfaya malik olan suların hansının sizə uyğun olduğunu araşdırmaq üçün hər birinin ayrı-ayrılıqda istifadə etməlisiniz. Xüsusilə özündə cəmləşdirdiyi minerallar və müalicə edicidir İstirahət etməklə yanaşı bu sularda həm də sağlamlığınızı qoruya biləcəksiniz.



4. Termal şəfalı su hövzəsi
1918-ci ildə istifadəyə verilən Termal şəfalı su hövzəsi kalsium, maqnezium, sulfat və natrium zülalları ilə zəngindir. Bir çox yerli və xarici turistlər hər zaman Termala gələrək həm şəfalı sudan müalicə üçün istifadə edirlər həm də istirahət edirlər.

Diaspora