Buddanın qədim heykəlində mumiya tapılıb

Buddanın qədim heykəlində mumiya tapılıb backend

Hollandiya alimlərini həkimlərlə birlikdə Buddanın XI – XII əsrlərə aid heykəlini öyrənərkən onun içərisində mumiyalanmış insan qalığı aşkarlayıblar.

Assenadan olan Drente tarix muzeyinin əməkdaşları 1000 illik heykəli Amersfortdakı tibbi mərkəzə gətiriblər. Heykəl orada kompyuter tomoqrafiyasından keçirilərkən alimlərin fərziyyələri özünü doğruldub: heykəlin içərisində lotos pozasında oturmuş insanın mumiyası aşkar edilib. Buddizmi tədqiq edən ekspert Erik Braynın bildirdiyinə görə cəsəd Çindəki meditasiya məktəblərinin nümayəndəsi olan buddist ustaya aiddir. Buddistlər inanıblar ki, rahiblər ölmür, onlar yalnız meditasiya halına keçirlər. Mumiyada daxili orqanlar müəyyən edilməyib və məlum olub ki, cəsəd heykəlin içərisinə yerləşdirilməmişdən əvvəl orqanlar götürülüb. Alimlər rahibin yanında Çin heroqlifləri ilə yazılmış kağız da aşkarlayıblar. İndi o yazını oxumaq lazımdır.

Müayinədən sonra heykəl Budapeştə gətirilib. 2015- ilin may ayında heykəl təbii tarixlər muzeyində nümayiş olunacaq. Qazilər.az saytı The Daily Mail-ə istinadən xəbər verir.


Diaspora