Hindistanın Telingana əyalətində "Miss World" gözəllik yarışması səbəbindən meymunlar kütləvi şəkildə tutulur.
Qaziler.az xəbər verir ki, bu barədə “Deccan Chronicle” məlumat yayıb.
Nəşr bildirir ki, mayın 14-də müsabiqə iştirakçıları Ramappa məbədini ziyarət edəcəklər. O, təkcə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması ilə deyil, həm də məbədi ziyarət edənlərin mütəmadi olaraq aqressiv meymunların hücumuna məruz qalması ilə məşhurdur.
Ekskursiya zamanı qızların heç bir təhlükə altında olmamasını təmin etmək üçün rəsmilər vəhşi heyvanların kütləvi tutulması qərarına gəliblər və bunu "Meymunlar əməliyyatı" adlandırıblar. İndiyədək 150-dən çox meymun tutularaq Eturnaqaram qoruğu meşəsinin dərinliklərinə buraxılıb.
Primatların aqressiv davranışından əziyyət çəkən yerli sakinlər məmurların təşəbbüsünü bəyəniblər.
QAZİLER.AZ