Dəmir çatışmazlığı anemiyası niyə yaranır?

Dəmir çatışmazlığı anemiyası niyə yaranır? backend

Qanda olan dəmir çatışmazlığı nədən yaranır? Bəs qandakı dəmirin səviyyəsini necə qaldırmaq olar? Qazilər.az saytının “Arqumentı i faktı” –ya əsasən bildirdiyinə görə, süstlük, yuxuculluq, tez yorulmaq dəmir çatışmazlığı anemiyasının əsas əlamətlərindəndir. Bu xəstəlikdən əziyyət çəkən insanlarda saç tökülməsi, qırılması ,dərinin quruması halları mütəmadi hal alır. Bu xəstəliyin əsas əlamətlərindən biri də selikli qişada solğunluğun müşahidə edilməsidir. Bu diş ətlərində daha aydın görünür.

Xəstəliyin kəskinləşdiyi vaxtlarda ürək döyüntüsünün tezləşməsi, immunitetin qəfil aşağı düşməsi müşahidə olunur.

Xəstəliyin əsas göstəricisi hemoqlabinin səviyyəsinin aşağı düşməsidir. Hemoqlabinin normal olması isə qandakı dəmirdən asılıdır. Dəmir çatışmazlığı isə anemiyaya gətirib çıxarır.

Anemiyanın yaranma səbəblərindən biri yemək rasionunda dəmir çatışmazlığıdır. Belə hallarda dəmirlə zəngin məhsullarla qidalanmaq lazımdır. Xatırladaq ki, C vitamini dəmirin yaranmasına kömək edir. Tez –tez dana və ya mal ciyəri yeyin. Gün ərzində bir neçə yaşıl, turş alma qəbul edin və ya bir stəkan alma, yaxud alma – kök şirəsi için. Şorbalara, salatlara, qarnirlərə çuğundur əlavə edin. Həftədə heç olmasa üç dəfə qarabaşaq sıyığı yeyin. Yemək rasionunda qarğıdalı, qara qarağat, ispanaq, cəfəri, rəngli kələm, qırmızı pomidor, sitrus meyvələri, kivi, quş üzümündən istifadə edin.
Diaspora