Müğənni Selena Qomezin nişanlısı reper Benni Blanko sənətçinin münasibətlərinin əvvəlində qəribə davranışlarından şikayətlənib.
Qaziler.az xəbər verir ki, bu barədə "İndependent" nəşri yazır.
"Selena o qədər dəlisov idi ki, biz ilk dəfə görüşməyə başlayanda punktuallığa həvəsli idi. Evimə ən azı 20 dəqiqə, bəlkə də 30 dəqiqə tez gəlib çöldə gözləyirdi", - Benni Blanko xatırlayıb.
Selena Qomez Blankonun onu müşahidə kameralarından gördüyünü bilmirmiş.
Müğənninin özü də reperdən xoşlandığı üçün görüşdən əvəvl çox gərgin olduğunu və vaxtından əvvəl gələrək çöldə gözlədiyini açıqlayıb.
QAZİLER.AZ