Britaniyanın "Spice Girls" pop qrupu 30 illik yubileyini qeyd etmək üçün gələn il yenidən birləşməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” tabloidi məlumat yayıb.
"Hələ heç nə təsdiqlənməyib, lakin Geri” (Halliwell” qrupun üzvüdür) və Simon (qrupun prodüseri) çoxlu sayda maraqlı ideyalarla bir araya gəliblər", - mənbə nəşrə bildirib.
Nəşrin qeyd etdiyinə görə, qrupun ən məşhur üzvlərindən biri olan Viktoriya Bekhem, demək olar ki, layihədə iştirak etməyəcək.
“Spice Girls” qrupunun son turnesi 2019-cu ildə, eyni zamanda Viktoriya Bekhemsiz baş tutub və 700.000 tamaşaçı toplayıb.
Bu həftə Mayamidə yubiley turunun təfərrüatlarını müzakirə etmək üçün görüş planlaşdırılıb.
Qeyd edək ki, 1994-cü ildə yaradılan qrupun ilk sinqılı “Wannabe” 37 ölkədə bir nömrəli hit olub.
QAZİLER.AZ