Rusiyalı turistlər geyimlərinə görə BƏƏ-də çimərlikdən qovulublar

Rusiyalı turistlər geyimlərinə görə BƏƏ-də çimərlikdən qovulublar backend

Rusiyalı turistlər çimərlik geyimi ilə bağlı qadağanı pozduqları üçün Şarja çimərliyindən qovulublar.

Qaziler.az xəbər verir ki, bu barədə “TourDom.ru” saytına turistlərdən biri məlumat verib.

Rus qadın Füceyrə Əmirliyinin paytaxtı Füceyrədəki beşulduzlu “Al Bahar Hotel & Resort” otelində qalıb. Lakin yerli çimərlik son vaxtlar neftlə çirkləndiyi üçün ziyarətçilər üçün bağlanıb, buna görə də istirahət edənlər başqa çimərliklərə aparılıb.

Alternativlərdən biri, 2001-ci ildə tətbiq edilən "Ədəb Qaydaları" səbəbindən daha sərt məhdudiyyətlərin tətbiq olunduğu və turistlərin geyiminə də aid edilən Şarja əmirliyindəki Kalba çimərliyi olub. Belə ki, bu çimərliyə aid edilən “dress kod”un pozulması (çimərlik geyimində olmaq) Rusiyadan gələn turistlərin qovulmasına səbəb olub.

ART-TOUR turoperatorunun rəhbəri Dmitri Arutyunov Şarjada turistlər üçün ən sərt məhdudiyyətlərin olduğunu təsdiqləyib. O bildirib ki, bikini, mini bikini kimi çimərlik geyimləri orda xoş qarşılanmır.

QAZİLER.AZ

Diaspora