Meksikada unikal tibbi hadisə qeydə alınıb: tam avtomatlaşdırılmış ICSI (intracytoplasmic sperm injection) sistemindən istifadə etməklə ilk dəfə dünyaya uşaq gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə “MIR24.TV” məlumat yayıb. Qeyd olunub ki, bu texnologiya süni intellekt tərəfindən idarə olunur.
Alimlər süni intellektdən istifadə edərək, sperma hüceyrəsini pipetkaya yerləşdirib və yumurta hüceyrəsinə mikroinyeksiya yönləndiriblər. Sistemin dəqiqliyi embrioloqlar tərəfindən həyata keçirilən əl üsullarını üstələyib, insan amilini aradan qaldırıb və hüceyrə zədələnməsi riskini minimuma endirib.
Embrion həmçinin uzaqdan operatorun nəzarəti altında ICSI sistemindən istifadə edilməklə yaradılıb. Daha sonra 40 yaşlı qadının uterusuna implantasiya edilib. O, uğurla sağlam oğlan uşağı dünyaya gətirib.
QAZİLER.AZ