Türkiyənin sabiq xarici işlər naziri, hazırda millət vəkili olan Mövlud Çavuşoğlu Azərbaycan haqqında danışıb.
O, bu barədə fikirlərini "Baku TV"yə səsləndirib.
IV Antalya Diplomatik Forumunda iştirak edən deputat ölkəmizi Türkiyədə populyar olan atalar sözü ilə təsvir edib:
"Azərbaycan deyəndə axar sular sadəcə dayanmaz, tərsinə axar", - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, Türkiyədə "Haqqı deyəndə axar sular dayanar" kimi bir ifadədən geniş istifadə olunur.