Yaponiyada İLK: 3D printerlə 6 saata dəmiryol stansiyası tikildi

Yaponiyada İLK: 3D printerlə 6 saata dəmiryol stansiyası tikildi backend

Yaponiya 6 saat ərzində dünyada ilk dəfə 3D-printerlə dəmiryol stansiyası tikib.

Qaziler.az xəbər verir ki, bu barədə “İndependent” yazır.

Yaponiyada Osakanın cənubunda yerləşən Arida şəhəri dünyada ilk dəfə 3D printerlə tikilən dəmiryol stansiyasına sahib olub.  Yeni tikili 75 ildən artıq insanların xidmətində olan köhnə taxta stansiyasını əvəz edib.

Tikinti cəmi altı saat çəkib. İş gecə saatlarında, sonuncu qatarın yola düşməsi ilə birincinin gəlişi arasındakı müddət ərzində aparılırıb. Hündürlüyü 2,6 metr, sahəsi isə təqribən 9,3 kvadratmetr olan stansiya dəmir-betondan tikilib. Onun dizaynı yerli məhsulları simvolizə edən mandarin və qın balığının təsvirləri ilə bəzədilib.

Layihə “West Japan Railway Company” (JR West) və “Serendix” tikinti firması tərəfindən birgə həyata keçirilib. “JR West” rəsmilərinin dediyinə görə, ənənəvi tikinti iki aydan çox çəkəcək və bundan iki dəfə baha başa gələcəkdi.

Sözügedən dəmiryol stansiyasının komponentlərin 3D çapı Kumamoto prefekturasındakı bir fabrikdə 7 gün çəkib. Bundan sonra hissələr əraziyə danışıb və bir gecəyə quraşdırılıb. Yeni stansiya dəmir-beton binaların standartlarına cavab verən seysmik müqavimətə malikdir.

Əsas binanın tikintisi başa çatsa da, bilet aparatlarının və turniketlərin quraşdırılması davam edir. Stansiyanın 2025-ci ilin iyul ayında sərnişinlərin istifadəsinə verilməsi gözlənilir.

QAZİLER.AZ

Diaspora