Rusiyalı bloqer yazdığı şərhə görə Tanzaniyada saxlanılıb

Rusiyalı bloqer yazdığı şərhə görə Tanzaniyada saxlanılıb backend

Rusiyalı səyahətçi-bloqer Konstantin Qrişin Tanzaniyada otelin qrubanı olub.

Qaziler.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Belə ki, Rusiyalı turist Zanzibardakı dördulduzlu “Canary Hotel & Spa” haqqında mənfi rəy yazdığına görə həbs olunmaqla hədələndiyini açıqlayıb.

Bloqer qeyd edib ki, sosial mediada yazdığı şərhlə vəziyyəti aydınlaşdırmaq üçün onu otağından çölə çağırıblar. Daha sonra otel sahibi və mühafizəçilər otağa soxulublar. Onlar Qrişini və arvadını oteldən qovublar, qalmaq üçün ödədikləri əlavə pulu isə qaytarmaqdan imtina ediblər.

Qrişin əlavə edib ki, pasportu da əlindən alınıb və o, otellə bağlı bütün yazıları silmək məcburiyyətində qalıb. Daha sonra otel sahibinin daha bir şikayəti olub: dediyinə görə guya bloqer onu kameraya çəkib. Bloqer konsulluqla əlaqə saxladıqdan sonra sərbəst buraxıldığını bildirib.

QAZİLER.AZ

Diaspora