iOS-un yeni versiyası "iPhone" batareyalarını məhv edir - “Daily Mail”

iOS-un yeni versiyası "iPhone" batareyalarını məhv edir - “Daily Mail” backend

iOS əməliyyat sisteminin hazırkı 18.4 versiyasına yenilənməsi smartfonun batareyalarına mənfi təsir edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat verir.

Jurnalistlərin verdiyi informasiyaya görə, “Apple”ın yeni patçı batareyaları sözün əsl mənasında öldürür, onların xidmət müddətini azaldır.

Milyonlarla istifadəçi yeni versiyasını “Apple” tərtibatçılarından gözləyib. Şirkət nümayəndələri süni intellektdən istifadə etməklə çoxlu maraqlı yeniliklər və funksiyalar, eləcə də yeni emodzilər vəd ediblər. Lakin istifadəçilər yeniləmədən məyus olublar, çünki smartfonlar daha sürətlə boşalmağa başlayıb. Bundan əlavə, bir çoxları batareyanın qalan həcminin kəskin şəkildə azaldığını görüblər.

“Apple” adətən smartfonlarının performansında müsbət dəyişikliklər etməyə çalışır. Məsələn, mütəxəssislər mütəmadi olaraq təhlükəsizlik protokollarını yeniləyir və təcavüzkarların cihazları sındırmaq üçün istifadə edə biləcəyi sistemdəki boşluqları bağlayır. Bununla belə, istifadəçilər hələlik 18.4 versiyasının quraşdırılmasını dayandırmağı tövsiyə edir.

QAZİLER.AZ

Diaspora