Türkiyədə keçirilən G20 sammitində kuryoz hadisə baş verib. ANS PRESS-in məlumatına görə, bu hadisə sammitdə iştirak edən Rusiya nümayəndə heyətinin əl yükü ilə bağlı baş verib. Belə ki, Rusiya nümayəndə heyətinin çemodanları Azərbaycan nümayəndə heyətinin təyyarəsində uçub. G20 sammitində iştirak edən Kreml rəsmilərinin çemodanlarının bir hissəsi naməlum istiqamətdə uçub. Sonradan məlum olub ki, çemondanlar Bakıya gəlib çıxıb. Buna səbəb isə Rusiya və Azərbaycan nümayəndə heyətlərinin bir mehmanxanada qalması olub.
Səhər tezdən Rusiya jurnalistlər qrupu "Maks Royal" mehmanxanasına gəlib. Burada Rusiya prezidenti Vladimir Putinin Britaniya və İtaliyanın baş nazirləri ilə danışıqları olmalı idi. Onlar Putinin bu görüşlərindən sonra Moskvaya üçmalı olduqlarından çemodanları özləri ilə götürüb.Mühafizəçi KİV nümayəndələrindən heç bir tanınma nişanları olmayan çemodanlarnı qapıda qoymağı xahiş etsə də ona qulaq asan olmayıb. Yola düşmə vaxtı çatanda jurnalistlər çemondanalarını tapmayıblar.
Sonradan aydınlaşıb ki, çemodanlar ehtimal ki, daha əvvəl sammiti tərk edən Azərbaycan nümayəndə heyətiylə birlikdə uçublar. Çemondanlarda KİV nümayəndələrinin Moskvadan gətirdiyi bütün qış geyimləri qalıb. Bundan başqa, anlaşılmazlıq ondadır ki, Azərbaycan təhlükəsizlik xidməti içində naməlum yükü təyyarəyə necə buraxıb?