Castin Biber uşaqlığı haqqında: "Bizə nifrət etməyə icazə verilmirdi"

Castin Biber uşaqlığı haqqında: "Bizə nifrət etməyə icazə verilmirdi" backend

Müğənni Castin Biber deyib ki, ona insanlara nifrət etməmək qadağası qoyulub.

Qaziler.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində yazıb.

“Uşaq olanda mənə deyirdilər ki, nifrət etmək düzgün deyil. Mənə bu barədə danışmağa icazə vermirdilər və bu hissi yaşasam da, susurdum. Özümü boğulan kimi hiss edirdim. Düşünürəm ki, bizi incidən zamanı nifrət hissi keçirməməyimiz mümkün deyil. Lakin etiraf etməklə o hissi buraxa bilərik”, - Biber yazıb.

Sənətçi postu SZA-nın “I Hate U” adlı treki ilə müşayiət edib.

QAZİLER.AZ

Diaspora