Almaniyada bir qadın bir qəpik pul ödəmədən illərlə otellərdə qalıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Bild” yazıb.
58 yaşlı şübhəli qadın ötən həftə Şverin şəhərində həbs edilib. Paulştadt rayonunda yerləşən otelin işçiləri polisə müraciət edərək bildiriblər ki, Düsseldorfdan olan bir turist qeydiyyatdan keçərkən kredit kartını itirdiyini və bir gecənin 500 avroya başa gəldiyi oteldə bir neçə gün qaldığını söyləyib. İşçilərdə deyilənlərlə bağlı şübhə yaranıb və nəticədəbunun doğru olduğu ortaya çıxıb.
Fırıldaqçı qadın həbs olunanda məlum olub ki, o, Almaniyanın hər yerində müntəzəm olaraq otellərdə qeydiyyatdan keçib, lakin bir neçə gündən sonra qaldığı pulu ödəmədən oranı tərk edib. Bu hal 15 il davam edib.
"Biz bununla bağlı 100-dən çox oxşar hadisədən xəbərdarıq", - polis bildirib.
Məhkəmə şübhəlini həbs edib, lakin ona hansı cəzanın veriləcəyi açıqlanmayıb.
QAZİLER.AZ