Qonşu ölkədə ada satışa çıxarılıb

Qonşu ölkədə ada satışa çıxarılıb backend

Moskva vilayətində bütöv bir ada milyard rubla satışa çıxarılıb.

Qaziler.az xəbər verir ki, təfərrüatlar “Filatoff Inc” teleqram kanalı tərəfindən təqdim edilib.

Söhbət hər tərəfdən su ilə əhatə olunmuş 66,8 hektar sahədən gedir. Ada Moskvadan təxminən 40 kilometr aralıda, Ramenskoye rayonunda yerləşir.

"Təqdimatdan belə çıxır ki, orada təxminən 50 evdən ibarət elit kottec kəndi tikmək, yaxta klubu yaratmaq, həmçinin yaxtalar və gəmi evlər üçün yanalma yerləri düzəltmək, təbii gölməçə və mayak tikmək mümkündür", - mənbə bildirib.

Əmlak sahibi əmindir ki, bu layihədən 12 milyard rubldan çox xalis mənfəət əldə etmək olar.

QAZİLER.AZ

Diaspora