Çində kişi tanış olduğu qıza pul göndərib və sonra fırıldaqçıların qurbanına çevrildiyini və bütün bu müddət ərzində süni intellektlə ünsiyyət qurduğunu öyrənib.
Qaziler.az xəbər verir ki, bunu “World of Buzz” yazıb.
Liu adlı çinli onu aldatmaq üçün süni intellektdən istifadə edən cinayətkarların qurbanı olub. Belə ki, fırıldaqçılar gənc qadının real görüntülərini və videolarını hazırlayaraq çinli kişini aldadıblar.
Onlayn danışıq zamanı qız müxtəlif bəhanələrlə Liudan pul istəməyə başlayıb, məsələn, biznes sərmayələri, ailə üzvləri üçün, tibbi əməliyyatlara pul ödəmək üçün. Çinli kişinin etibarını qazanmaq üçün fırıldaqçılar kişiyə qızın adına saxta şəxsiyyət vəsiqəsi, qohumlarının tibbi sənədlərini və hətta “biznes”i üçün alış-veriş fakturaları təqdim ediblər.
Çinli kişi isə real həyatda heç vaxt görüşməmələrinə baxmayaraq, həmsöhbətinə külli miqdarda pul köçürüb. Lakin zaman keçdikcə o, nəyinsə səhv olduğundan şübhələnməyə başlayıb və polisə müraciət edib.
Araşdırma zamanı məlum olub ki, Liuya canlı görüntülər təqdim etmək üçün fırıldaqçılar qabaqcıl texnologiyadan – süni intellekdən istifadə ediblər.
QAZİLER.AZ