“Universal Pictures” kino şirkəti özünün rəsmi “YouTube” kanalında “Şrek” media franşizasının beşinci hissəsinin ilk tizerini yayımlayıb.
Qaziler.az xəbər verir ki, videoda tamaşaçılara artıq tanış olan personajlar yer alıb: Şrekin özü, həyat yoldaşı Fiona, Pinokkio və Eşşək. Videoda yeni personaj da var - oqre cütlüyün yetkin qızı Felisiya.
“Şrek 5”in baş rollarında Mayk Mayers (Şrek), Eddi Mörfi (Eşşək) və Kemeron Dias (Fiona) olacaq. Baş qəhrəmanların qızı isə amerikalı aktrisa və müğənni Zendaya tərəfindən səsləndiriləcək. Yeni filmin nədən bəhs edəcəyi hələ məlum deyil. Amma sosial media izləyiciləri hesab edir ki, yeni hissə “Əbədi Şrek” və “Çəkməli Pişik 2” cizgi filmlərinin süjet xəttinin davamı olacaq.
QAZİLER.AZ