Ufada 8 saylı şəhər xəstəxanasının oftalmoloqları 40 yaşlı rusiyalı qadının gözündən qurd çıxarıblar.
Qaziler.az xəbər verir ki, bu barədə Başqırdıstanın Səhiyyə Nazirliyi “Telegram”da məlumat yayıb.
Şöbədən verilən məlumata görə, həkimlərə şikayətində qadın aşağı göz qapağında hərəkət hiss etdiyini bildirib.
Müayinə zamanı həkimlər rus qadının gözündə xəstənin dediyi kimi hərəkət edən yığıntı aşkar ediblər. Daha sonra həkimlər bunun qurd ola biləcəyindən şübhələniblər.
Oftalmoloqlar tez bir zamanda helminti çıxarmaq üçün əməliyyat keçiriblər. Həkimlər qadının göz qapağının bütövlüyünü bərpa ediblər. Əməliyyatdan sonra xəstə yoluxucu xəstəliklər xəstəxanasına göndərilib.
QAZİLER.AZ