Böyük Britaniya kralına məxsus “Land Rover” avtomobili satışa çıxarılıb.
Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti yazıb.
“Maşın “JLR Special Vehicles” şirkəti tərəfindən təmin edilib və 2010-cu ilin noyabrında, o zaman Uels Şahzadəsinin baş şoferi olan Tim Uilyamsa ünvanlanmış təsdiq məktubu ilə təhvil verilib. Avtomobilin krala məxsus olduğunu təsdiq edən çoxlu sənədlər var, lakin yanında bir dənə də olsun şəkli yoxdur”, - deyə məlumatda bildirilir.
Mənbənin sözlərinə görə, avtomobil 2010-cu ilin noyabrında “Highgrove House”dakı kral qarajına gətirilib. Daha sonra avtomobil Qlosterşirdəki yaşayış binasında saxlanılıb.
Yaşıl rəngə boyanmış “Land Rover” martın 22-də Birmingemdə “Iconic” hərracda satışa çıxarılacaq. edilmədiyini göstərir.
QAZİLER.AZ