Çində bir şirkət subay işçiləri payıza qədər evlənməyəcəkləri təqdirdə onları işdən çıxarmaqla hədələyir.
Qaziler.az xəbər verir ki, bu barədə “South China Morning Post” xəbər yayıb.
Çinin şərqində yerləşən Şandun əyalətindəki “Shuntian Chemical Group” işçiləri üçün qeyri-adi siyasət yürüdərək gündəm olub. Şirkət tərəfindən verilən bildirişdə deyilir ki, yaşı 28-dən 58-ə qədər olan subay və boşanmış işçilər 2025-ci ilin sentyabr ayının sonuna qədər evlənməlidirlər. Əks halda, onları işdən çıxarmaq gözləyir.
Yeni qaydalara görə, martın sonuna kimi tərəfdaş tapmayanlar özünü tənqid məktubu yazmalı olacaq. Əgər işçilər iyunun sonuna qədər subay qalsalar, şirkət onların qiymətləndirməsini aparacaq. Sentyabr ayına qədər onlar hələ də evlənməyiblərsə, müqavilələrinə xitam veriləcək.
Açıqlamada şirkət bu siyasətin ənənəvi Çin dəyərlərinin dəstəklənməsinə yönəldiyini vurğulayıb. Lakin bu təşəbbüs həm ictimaiyyətin, həm də rəsmilərin kəskin tənqidinə səbəb olub. Bildirilir ki, şirkət əmək qanunlarını və işçilərin hüquqlarını pozduğuna görə töhmət alıb.
QAZİLER.AZ