Kolumbiyada Şakiranın konserti tamaşaçıların təhlükəsizliyi üçün ləğv edilib

Kolumbiyada Şakiranın konserti tamaşaçıların təhlükəsizliyi üçün  ləğv edilib backend

Şakiranın Kolumbiyada "Las Mujeres Ya No Lloran" turu çərçivəsində verdəcəyi konsert ləğv edilib.

Qaziler.az xəbər verir ki, ulduz müğənni bu barədə instaqram bloqunda yazıb.

Qeyd olunub ki, konsert Medellin şəhərində baş tutmalı idi.

“İstədiyim vaxtda səhnəyə çıxıb sizin üçün mahnı oxuya bilməməyim məni çox incidir. "Narahatçılığa görə üzr istəyirəm”, - müğənni deyib.

Müğənni əlavə edib ki, konsertin ləğv edilməsində özünün və komandasının günahı yoxdur.

Daha sonra ulduzun konsert direktoru “Billboard”a açıqlamasında səhnədəki nasazlıqlarla əlaqədar müğənninin və tamaşaçıların həyatına təhlükə yarandığını bildirib.

Konsert direktoru açıqlamasında qeyd edib ki, yerli səhnənin damı zədələnib. Bu, müğənni və onun heyəti, həmçinin tamaşaçıların həyatı üçün təhlükəli şərait yaradır.

QAZİLER.AZ

Diaspora