ABŞ Müdafiə Nazirliyinin bəyanatına əsasən Pentaqon rəhbəri Pit Heqset Liza Françettini ABŞ Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi vəzifəsindən azad edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Françetti Dəniz Əməliyyatlarının rəisi olan, həmçinin ABŞ ordusunun Birləşmiş Qərargah Rəisliyində (JCS) xidmət edən ilk qadın idi.
ABŞ Hərbi Hava Qüvvələri Baş Qərargah rəisinin müavini, general Ceyms Slayf da işdən çıxarılıb.