Alimlər anomal istilərin səbəbini müəyyən ediblər

Alimlər anomal istilərin səbəbini müəyyən ediblər backend

Almaniyadan olan alimlər müəyyən ediblər ki, Yer kürəsində bulud örtüyü dəyişib və bu, rekord temperaturların yaradılmasında mühüm rol oynayır. Qeyd olunub ki, 2023 və 2024-cü illərlə müqayisədə qlobal temperaturun 1,5°C yuxarı qalxacağı gözlənilir. Yeni araşdırmalar göstərib ki, azalmış bulud örtüyü isə buna əsas səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, alimlərin yeni araşdırması “Science” jurnalında dərc olunub.

Təbiətdə buludlar ikili rol oynayır. Onlar günəş işığını əks etdirir, Yeri soyudur və eyni zamanda infraqırmızı radiasiyanı tutaraq istiliyi atmosferə qaytarır. Buludların növündən və hündürlüyündən asılı olaraq, bu təsirlər planeti soyuda və ya istiləşdirə bilər.

Alimlər yeni araşdırmada alçaq buludların əhəmiyyətli dərəcədə azaldığını qeyd ediblər. Araşdırma müəlliflərinin fikrincə, bu azalma 2023-cü ildə qlobal istiləşməyə təxminən 0,2°C əlavə edib ki, bu da istiləşmənin səbəbi kimi izah edir.

Tədqiqatçılar etiraf edirlər ki, bulud örtüyündə gələcək dəyişiklikləri proqnozlaşdırmaq çətindir, çünki iqlim modelləri fərqli nəticələr verir. Lakin bir nəticə artıq aydındır: Yer kürəsi özünün qoruyucu bulud təbəqəsini itirir və bu, gələcəkdə daha da ekstremal temperaturlara səbəb ola bilər.

QAZİLER.AZ

Diaspora