İspaniyanın I Xayme Universitetinin psixoloqları və iqtisadçıları qadınların kişilərə nisbətən maddi cəhətdən daha səxavətli olduğunu müəyyən ediblər. Tədqiqatda “Diktator oyunu” adlanan oyunu 1161 könüllü oynayıb.
Qaziler.az xəbər verir ki, araşdırma PLOS ONE jurnalında dərc olunub.
Təcrübə zamanı iştirakçılara 10 avro verilib və onlardan anonim ikinci oyunçuya məbləğin nə qədərini verməyə hazır olduqları soruşulub. Bu halda, ikinci oyunçu pulun miqdarına təsir göstərə bilməyib və yalnız birinci iştirakçının ona verdiyi məbləği alıb.
Təcrübə 2020, 2022 və 2023-cü illərdə təkrarlanıb və sonra alimlər nəticələri cinslərə görə müqayisə ediblər. Məlum olub ki, qadınlar kişilərlə müqayisədə orta hesabla 40% çox pul veriblər.
QAZİLER.AZ