ABŞ-də kartof-fri dadında pamada hazırlanıb - “Sevgililər Günü”nə özəl

ABŞ-də kartof-fri dadında pamada hazırlanıb - “Sevgililər Günü”nə özəl backend

ABŞ-də kartof qızartması olan "fri"nin dadını verən pomada hazırlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Idaho News 6" məlumat yayıb.

Aydaho Kartof Komissiyası kartof qızartmasının dadını verən “Fransız öpüşü” adlı pomada təqdim edib. Komitə “Sevgililər Günü” üçün kosmetik məhsul buraxıb. Yaradıcılarının fikrincə, yeni dodaq balzamı "aclıq və istək arasındakı" boşluğu aradan qaldıracaq.

Qeyd olunub ki, dodaq boyasını almaq üçün çatdırılma pulludur. 

2024-cü ilin noyabrında KFC burger qoxulu qablaşdırma kağızı satmağa başlayıb. Qırmızı rəngli kağızda şirkətə məxsus loqo və naqqislər var. Təsvirə görə, kağızı yalamaq olar.

QAZİLER.AZ

Diaspora