ABŞ-də qadın ilk uşağını dünyaya gətirdikdən bir həftə sonra ikinci dəfə hamilə qalıb.
Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti yazıb.
Atlantada yaşayan 22 yaşlı Ceylin bu ilin yanvarında Amora adlı qızını dünyaya gətirib. Nəşr yazır ki, uşaq vaxtından əvvəl doğulub, lakin Amoranın səhhətində heç bir problem olmayıb. Qızı dünyaya gəldikdən sonra Ceylinə altı həftə cinsi əlaqədən uzaq durmağı tövsiyə ediblər. Ancaq ana bu müddətə əməl etməyib və doğuşdan cəmi bir həftə sonra ikinci dəfə hamilə qalıb.
Sosial şəbəkədə gənc qadın ana südü ilə qidalandırdığı halda hamilə qala biləcəyini ağlına belə gətirmədiyini bildirib. Ancaq doğuşdan cəmi bir ay sonra o, qarnının aşağı hissəsində qıcolmalar və ağrılar hiss etməyə başlayıb. Həkimlər əvvəlcə bunun doğuşdan gələn ağırlaşmalar olduğunu söyləyiblər. Amma müayinə və test etdikdən sonra məlum olub ki, Ceylin üç həftəlik hamilədir.
QAZİLER.AZ