“Apple” yeni M5 prosessorlarının kütləvi istehsalına başlayıb.
Qaziler.az “MacRumors”a istinadla xəbər verir ki, yeni çiplərə malik cihazların bu il ortaya çıxacağı gözlənilir.
Məlumata görə, “Apple” M5 çiplərinin qablaşdırılması prosesinə keçən ay başlayıb. Qablaşdırma çipin qorunmasını və digər komponentlərə elektrik əlaqələrinin təmin edilməsini nəzərdə tutan yarımkeçirici istehsalında son addımdır.
Çip qablaşdırma OSAT (Outsourced Semiconductor Assembly and Test) şirkətləri, o cümlədən Tayvanın ASE Group, Amerikanın Amkor və Çinin JCET şirkətləri məşğul olur. ASE-nin ardıcıl olaraq Amkor və JCET ilə birlikdə kütləvi istehsala başlayan ilk şirkət olduğu bildirilir.
QAZİLER.AZ