Cavanlaşdırıcı şokolad ixtira olundu

Cavanlaşdırıcı şokolad ixtira olundu backend

Kembric universitetinin əməkdaşları şokolad istehsalı ilə məşğul olan Lyucotec adlı müəssisə yaradıblar. QAZİLƏR saytı xəbər verir ki, şokoladın özəlliyi ondadır ki, o, qırışların yaranmasının qarşısını alır. İxtiraçıların sözlərinə görə 7,5 qramlıq bir plitka dərinin təbii qocalmasının qarşısını ala bilir.

Esthechoc, həm də Cambridge Beautu Chocolate adı ilə məşhur bu şokoladın tərkibində 70% kakao və iki güclü antioksidant – astaksant və polifenol var. Adıçəkilən şokoladın bir tikəsi insanı 100 qramlıq adi şokoladın tərkibində olan polifenolla təmin edə bilir. “ Şokoladın mütamadi qəbul edən könüllülərdə üç – dörd həftədən sonra dərinin qan dövranı və dərialtı –yağ qəfəslərində yaxşılaşma müşahidə edilib” - deyə Lycotec –n banisi İvan Petyaev bildirib. 50 -60 yaşlı 3000 nəfərin iştirakçısı olduğu kliniki sınaqlardan sonra məlum oldu ki, iştirakçıların dərisindəki biomarker səviyyəcə qalxıb və o, 20 -30 yaşlı insan dərisini xatırladır. Bundan başqa, kompaniya inandırır ki, şokoladın tərkibində cəmi 38% kolori var və diabetdən əziyyət çəkənlər üçün də bu şokolad təhlükə yaratmır
Diaspora