Malayziyada qadın 18-ci hamiləliyindən sonra şikəst qalıb.
Qaziler.az “Word of Buzz”a istinadla bildirir ki, bu barədə onun qızı məlumat verib.
Qızının sözlərinə görə, ana 2010-cu ildə 18-ci övladını dünyaya gətirəndən sonra əlil olub. Belə ki, doğuş zamanı ananın ürəyi 10 dəqiqə dayanıb. Ayılandan sonra qadın yaddaşını qismən itirib və kənardan kömək almadan çətinliklə hərəkət etməyə başlayıb.
Həmçinin qızı bildirib ki, anası 3 dəfə düşük edib. Qadının indi daimi qayğıya ehtiyacı var. Ailəsi ona hər cür dəstəyi verir və istəyir ki, Malayziya cəmiyyətində əlillərə qarşı tolerant yanaşılsın.
Qadının hekayəsini öyrənən sosial şəbəkə istifadəçiləri ona ən xoş arzularını çatdırıblar.
QAZİLER.AZ