NASA Marsdan daha bir əsrarəngiz foto yaydı

NASA Marsdan daha bir əsrarəngiz foto yaydı backend

NASA-nın MRO (Mars Reconnaissance Orbiter) orbital stansiyası Marsdakı Marinera vadisində yerləşən Ofir kanyonunun (sıldırımlı dərin dar dərə) fotosunu çəkib. İKT.lent.az-ın NASA-nın saytına istinadən verdiyi məlumata görə, foto 2015-ci il avqustun 10-da HiRiSE (High Resolution Imaging Science Experiment) aləti vasitəsilə əldə olunub.


Şəkildə küləyin təsiri ilə formalaşmış yağıntı süxurları və landşaft əks olunub. Qayalıqların kristallaşmış maqmatik dağ süxurları olduğu güman edilir. Əldə olunan foto Marsın tarixinin və oradakı landşaftın, xüsusən Günəş sisteminin ən iri kanyonu olan Marinera vadisinin formalaşmasının tədqiq olunmasında alimlərə kömək edəcək. Marineranın Marsın ekvatoru boyunca uzunluğu 4,5 min kilometrdir.

Qeyd edək ki, MRO orbital stansiyası 2005-ci ildə Marsa göndərilib və 2006-cı ildə qırmızı planetə çatıb. 2008-ci ildə onun əsas missiyası başa çatıb, lakin NASA zondun fəaliyyətini uzadıb. Planetin səthindəki çəkilişlərlə birlikdə MRO Marsda fəaliyyət göstərən kosmik aparatlardan Yerə siqnal göndərilməsində iştirak edir.
Diaspora