Çöldəki quşlara çörək vermək olmaz - SƏBƏB

Çöldəki quşlara çörək vermək olmaz - SƏBƏB backend

Çörək məmulatları küçə quşlarını bəsləmək üçün uyğun deyil.

Qaziler.az “Regions.ru”ya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, çörək quşlarda disbakterioz və həzm pozğunluğuna səbəb ola bilər.

“Çörəyin tərkibində quşların sağlamlığı üçün vacib olan faydalı mikroelementlər demək olar ki, yoxdur. Bu məhsul quşların orqanizmində fermentasiya yaradaraq parazitlər və bakteriyalar üçün əlverişli mühit yarada bilir”, - mütəxəssislər bildirib.

Bundan əlavə, çörək məhsullarının qalıqları su hövzələrini çirkləndirir. İnsanlara tövsiyyə olunur ki, quşların təbii instinktlərini kütləşdirməmək üçün parklarda onları çörəklə yemləməsinlər.

QAZİLER.AZ

Diaspora