"Ozon" "iPhone" sifariş edən müştəriyə gil göndərdi - VİDEO

"Ozon" "iPhone" sifariş edən müştəriyə gil göndərdi - VİDEO backend

“Ozon” Sankt-Peterburq sakininə "iPhone" əvəzinə gil parçası göndərib.

Qaziler.az xəbər verir ki, bu barədə “Mash na Moyke” teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, sifarişçi xanım məhsul üçün 71 min rubl pul ödəyib və özünə yeni il hədiyyəsi etmək istəyib.

Zərərçəkmiş onlayn müraciət edərək pulunun geri qaytarılmasını istəyib, lakin ona imtina cavabı verilib. Bir müddət sonra “Ozon”un mətbuat xidməti hadisə ilə bağlı araşdırma başladığını bildirib. Məsələni həll etmək üçün yaxın müddətdə xanımla əlaqə saxlayacaqlarına söz verilib.

QAZİLER.AZ

Diaspora