Dərimiz niyə “biz – biz” olur?

Dərimiz niyə “biz – biz” olur? backend

Ovcumuz və ayağımızın altı istisna olmaqla insan dərisi çoxlu sayda tük follekulları ilə örtülüdür. Əzələlər azalanda yuxarı epiteldə sanki “xırdaca ləpələr” şişir - biz ona “tüküm biz – biz oldu” deyirik və “qaz dərisi” adlandırırıq. Hətta dəri hamar olanda və bədənin həmin yerində follekuldan tük çıxmayanda da əzələlər işləyir. “Qaz dərisi” təhlükəli anda yaranır.

Qazilər.az saytının bildirdiyinə görə, alimlər bu refleks bizə ulu “əcdadlarımız” olan meymunlardan keçdiyini iddia edir. Belə ki, təhlükəli anda meymunlarda həmişəkindən fərqli olaraq tüklər daha çox qalxırmış və beləliklə düşməni qorxutmaq mümkün olurmuş. Soyuqda “yunu didmək” xeyirlidir. Qalxmış tüklər arasında hava təbəqəsi yaranır və bu, soyuğu bədənə daxil olmağa imkan vermir, əksinə, bədəndən istilik gəlir.

Əlbəttə, insan bədəni qalın yunla örtülməyib, lakin reflektor yaddaşı “işləməkdə davam edir ”. Yeri gəlmişkən qeyd edək ki, “qaz dərisi” tüksüz də isinməyə kömək edir: həyəcandan əzələlərin qalxmış tükləri istilik gətirir. Bu yolla çox istilik əldə etmək mümkün deyil, lakin yüngül soyuqlarda belə hal olanda komfort hiss etmək mümkündür.

Səlim
Diaspora