Çin “CR450” yüksəksürətli qatarını sınaqdan keçirib. Qatar Tyantszindən (Çinin şimalında yerləşir) Pekinə sınaq reysi həyata keçirib.
Qaziler.az xəbər verir ki, bu barədə “İnteresting Engineering” məlumat yayıb.
Qeyd olunub ki qatar 450 km/saat sürətə çata bilir, lakin müntəzəm reyslər zamanı o, bir qədər yavaş – təxminən 400 km/saat sürətlə hərəkət edəcək. Sürət qatarı “CR450”nin 2025-ci ildə kommersiya istifadəsinə verilməsi düşünülür.
Qeyd edək ki, yeni model hazırda çinlilər tərəfindən idarə olunan “CR400” qatarlarından xeyli sürətlidir. Sonuncu 350 km/saat sürətlə hərəkət edə bilir. “CR400” ilə müqayisədə yeni qatar 12% yüngüldür və 20% daha az enerji sərf edir. Bildirilib ki, orijinal dizaynı ilə yanaşı, qatar yüksək komfort və təhlükəsizlik standartlarına malikdir.
QAZİLER.AZ