Rusiyada “cadunun təmizlənməsi” fırıldaqçılıq kimi qəbul edilib

Rusiyada “cadunun təmizlənməsi” fırıldaqçılıq kimi qəbul edilib backend

Rusiya Ali Məhkəməsi “cadunun təmizlənməsi”ni fırıldaqçılıq kimi qəbul edib.

Qaziler.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.

Kanal qeyd edib ki, sözügedən qərar müştərilərdən xidmətlərinə görə üç milyon rubl alan falçının işi əsasında qəbul edilib.

Bildirilir ki, fırıldaqçı guya müştərinin ailəsinin sağlamlığını bərpa etmək məqsədi daşıyan “sehrli ritual” təklif edib. Ritualdan sonra o, müştəriyə ritualın təsir etməmə ehtimalı olacağını bildirərək onu qorxudub.

Qadın müştərisinin ona gətirdiyi pulu saxta əskinaslarla əvəzləyib, sonra isə saxta pulları özüə götürərək saxtaları yandırıb.

Dekabrın 25-də “mk.ru” portalı açıqlayıb ki, rusların falçı və astroloqlara xərclədikləri vəsait yemək xərcləri səviyyəsinə çatıb. Statistikaya görə, il ərzində gizli xidmətlər bazarı 20 dəfə artıb. Nəticədə, vətəndaşlar fal xidmətlərə 2,4 trilyon rubl xərcləyiblər ki, bu da onların yeməyə xərcləmələri ilə müqayisə oluna bilər.

QAZİLER.AZ

Diaspora