"Apple" “Ring” kimi brendlərlə rəqabət aparmaq üçün “Face ID” funksiyasına malik ağıllı qapı zəngi hazırlayır. Cihaz qabaqcıl “sifətin tanınması” texnologiyasından və smart kilidlərlə simsiz inteqrasiyadan istifadə edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə “9to5Mac” nəşru tanınmış insayder və “Bloomberg” müxbiri Mark Qurmanın yeni “Power On” bülleteninə istinadən məlumat verib.
Mövcud üçüncü tərəf HomeKit smart kilidlərindən fərqli olaraq, Apple tərəfindən təklif olunan zəng şirkət üçün yeni bir istiqamət olacaq. Qurmanın sözlərinə görə, zəng qapını “iPhone”da olan “Face ID”nin işlədiyi kimi sahibinin üzünü skan edərək avtomatik aça biləcək.
Müxtəlif “HomeKit” smart kilidləri ilə inteqrasiya hələ təsdiqlənməyib. “Apple” tam bir həll təklif etmək üçün kilid istehsalçısı ilə əməkdaşlıq edə bilər.
Qapı zənginin gələn ilin sonuna qədər işə salınması gözlənilmir. Onun hazırlanmasında “Apple” öz istehsalı olan yeni şəbəkə çipindən istifadə edir.
QAZİLER.AZ