“Alatoranlıq” filminin çəkildiyi Sent Helensdəki (Oreqon ştatı, ABŞ) ev gündəlik kirayə bazarında peyda olub.
Qaziler.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb. Bildirib ki, indi “Airbnb”də evi bron etmək olar.
Filmin süjet xəttinə görə, aktrisa Kristen Stüartın ekranda təcəssüm etdirdiyi baş qəhrəman Bella Svan həmin ağ evdə yaşayırdı.
Evin sahiblər Ember və Din malikanəyə bir muzey kimi yanaşdıqlarını və aktyorların həmin evdə olmasına indiyədək təəccüblənməkdən vaz keçə bilmədiyini qeyd ediblər.
QAZİLER.AZ