Kanadanın “BlackBerry” şirkəti “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk smartfon buraxıb. İKT.lent.az-ın BBC-yə istinadən xəbərinə görə, bu, şirkətin populyarlıq qazanmayan “BB10” əməliyyat sisteminin buraxılışından sonra öz məhsuluna diqqəti cəlb etmək üçün etdiyi yeni cəhddir.
Qurğu yaradıcılarının sözlərinə görə, “BlackBerry Priv” adlanan smartfon modelinin təhlükəsizlik sisteminin yüksək səviyyədə olması onu digər “Android” qurğularından fərqləndirir.
“International Data Corporation” (IDC) analitik şirkətinin mütəxəssisi bununla bağlı bildirib ki, “Android” qurğunun mühafizə və təhlükəsizlik səviyyəsinin artırılaraq buraxılması gözəl ideyadır və bunu 3 il əvvəl etmək daha yaxşı olardı.