“Net Applications” şirkətinin məlumatına görə, oktyabrda internetə "Google Chrome” brauzeri ilə daxil olan fərdi kompüter istifadəçilərinin payı 1,3 faiz artaraq son yeddi ildə 31,1 faizlik maksimum səviyyəyə çatıb.
İKT.lent.az-ın "Computerworld”ə istinadən xəbərinə görə, “Internet Explorer” brauzerinin bütün versiyalarının istifadəçilərinin payı 0,7 faiz - 50,9 faizədək azalıb ki, bu da son on ildə ən aşağı göstərici hesab edilir.
“Firefox” brauzeri də istifadəçi itkisi ilə üzləşib. Onun payı 0,2 faiz - 11,3 faizədək azalıb. Ötən dəfə brauzer bu səviyyədə 2005-ci ilin yayında olub.
Bildirilir ki, “Internet Explorer” brauzerinin populyarlığının azalması onunla əlaqədardır ki, “Microsoft” korporasiyası 12 yanvar 2016-cı ildən köhnə versiyaların dəstəklənməsini dayandırmağı planlaşdırır. “IE9” versiyası yalnız “Windows Vista” və “Windows Server 2008”, “IE10” “Windows Server 2012” sistemlərində dəstəklənəcək.