Kaliforniya sakini Qreqq Musqrouv San Fernando vadisində yerləşən tərk edilmiş anbarda Maykl Cekson mahnıları olan 12 audio kaset aşkarlayıb.
Qaziler.az xəbər verir ki, u barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.
"Mən kasetə qulaq asıram və ürəyim ağrıyır, çünki heç kim bunu eşitməyib", - Musqrouv deyib.
Onun sözlərinə görə, anbar əvvəllər Ceksonun qısa müddət əməkdaşlıq etdiyi musiqi prodüseri və müğənni Brayan Lorenə məxsus olub.
Nəşrin məlumatına görə, kasetlərdə “Pop kralı”nın Dangerous (1991) albomu çıxana qədər üzərində işlədiyi 12 naməlum mahnı var. Onların arasında "Don't Believe It" adlı trek də var ki, bu, 1990-cı illərdə onun haqqında mediada yayılan zərərli şayiələrə Ceksonun cavabı ola bilər. Müğənninin reper LL Cool J ilə birlikdə oxuduğu “Truth on Youth” repi xüsusi diqqətə layiqdir.
QAZİLER.AZ