Petrosyan gənc xanımla evliliyindən danışdı

Petrosyan gənc xanımla evliliyindən danışdı backend

Rusiyanın məşhur komediya ustası Yevgeni Petrosyan bildirib ki, hazırda qocalığın öhdəsindən gəlməyə çalışır. Ulduz həftədə üç dəfə məşq etdiyini qeyd edib və gənc həyat yoldaşı ilə evliliyində əsas məqsədinin “sağ qalmaq” olduğunu vurğulayıb.

Qaziler.az bildirir ki, bu barədə o, olimpiya çempionu Roman Kostomarova “Rutube” telekanalına müsahibəsində deyib.

"Məqsədim sağ qalmaqdır. Və ətrafımdakıların da yaşamaq üçün mənə ehtiyacı var. Düzdür, tibbi baxımdan mən bunun üçün heç nə etmirəm. Müayinələrə vaxt tapmıram. Amma qocalıqla mübarizə aparıram. Həftədə 3 dəfə məşqə gedirəm, mütləq şəkildə...”, - komediya üstası deyib.

Komediyaçının sözlərinə görə, idman sağlamlıq vəziyyətinə müsbət təsir edir. O, istehza ilə qeyd edib ki, yaş artdıqca hər bir insan sual işarəsinə çevrilir. Lakin o, özünü “nida” formasında saxlamağa çalışır.

QAZİLER.AZ

Diaspora