İsraildə məktəbli qız qədim Misir amuleti tapıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Fox News” məlumat dərc edib.
Dəfnə Filşteyner adlı qız ailəsi ilə Tel Kan arxeoloji sahənin yaxınlığında gəzərkən, təxminən 3500 il yaşı olan klon tapıb. Əvvəlcə 12 yaşlı məktəbli qızın anası övladının tapıntısını adi bir daş zənn etsə də, daha sonra bunun xüsusi bir şey olduğuna əmin olub.
İnternetdə axtarış etdikdən sonra onlar daşın Yeni Çarlıq dövrünə aid Misir klonu olduğunu aşkar ediblər. Klon Qədim Misirdə yeni həyatı simvolizə edən skarab (juk) formasındadır. Tunc dövrü üzrə ekspert İçxak Paz qeyd edib ki, bu artefakt əhəmiyyətli bir şəxs tərəfindən ya itirilib, ya da qəsdən basdırılıb.
Kəşfinə görə minnətdarlıq əlaməti olaraq 12 yaşlı Dəfne İsrail Qədim Əşyalar İdarəsindən sertifikat alıb. İndi onun tapıntısı Yerusəlimdəki İsrail Milli Arxeologiya Kampusunda nümayiş etdirilir. Kampusa gələnlər unikal artefaktı orada görə bilərlər.
QAZİLER.AZ